Ermənistan parlamentinin vitse-spikeri seçildi

Ermənistan parlamentinin vitse-spikeri seçildi

Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" fraksiyasından namizəd Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Parlamentin Hesablama Komissiyasının sədri Lilit Minasyan YouTube-da yayımlanan iclas zamanı bildirib.

"105 millət vəkilindən 91-i səsvermədə iştirak edib. Səslər aşağıdakı kimi paylanıb: 63-ü lehinə, 28-i əleyhinə səs verib", - deyə o izah edib.

Müxalifətdəki "Güclü Ermənistan" fraksiyası hakim partiyanın namizədinin əleyhinə səs verdiyini bildirib. Lakin "Ermənistan" fraksiyası seçkilərdə iştirak etməyib.

Parlament daha iki vitse-spikeri seçəcək: biri hakim fraksiyadan, digəri isə müxalifətdən.