Anklavların verilməsi Ermənistanın sonu olacaq – Politoloq

Anklavların verilməsi Ermənistanın sonu olacaq – Politoloq

“Anklavların verilməsi Ermənistanın sonu olacaq. Ermənistanın İran və Gürcüstanla əlaqələri kəsiləcək”. 

NOCOMMENT.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu erməni politoloq Beniamin Matevosyan sosial media hesabında deyib.

“Ermənistan Azərbaycanın 86.6 kv.km ərazi bütövlüyünü tanıması ilə təkcə Qarabağı deyil, 8 anklavı da təslim etdi. Rusiya sülhməramlılarının Qarabağı tərk etməsindən sonra, Gümrüdəki 102-ci hərbi baza və Rusiya sərhədçiləri də ölkəni tərk edəcək”, – politoloq deyib.