"Turan Tovuz" Türkiyə klubuna böyük hesabla qalib gəldi

"Turan Tovuz" Türkiyə klubuna böyük hesabla qalib gəldi

"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

NOCOMMENT.az xəbər verir ki, "Gənclərbirliyi" ilə qarşılaşan bölgə təmsilçisi 4:0 hesablı qələbə qazanıb. Komandanın heyətində Dioqo Balau, İbrahima Vadji, Alexandro Serrano və Faiq Hacıyev fərqləniblər.

Qeyd edək ki, "Turan Tovuz" Ankara hazırlığı çərçivəsində daha öncə İranın U-21 yığması və Türkiyənin 1-ci liqa təmsilçisi "Fatih Karagümrük"lə və hər iki oyun 1:1 hesabı ilə başa çatıb. Həmçinin Tovuz təmsilçisi Türkiyənin "Iğdır" klubu ilə gücünü sınayıb və 1:0 hesabı ilə qalib gəlib.