Nuridə Məmmədova vəzifəsindən AZAD EDİLDİ - ÖZƏL

Nuridə Məmmədova vəzifəsindən AZAD EDİLDİ - ÖZƏL

LRMX PHŞ-in direktoru yaşayış yerini dəyişdiyi üçün öz ərizəsi ilə vəzifəsindən azad olunub.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran rayon mərkəzi xəstəxanasının PHŞ-in direktoru Nuridə Rafiq qızı Məmmədova yaşayış yerini dəyişdiyi üçün öz istəyi və ərizəsi əsasında tutduğu vəzifəsindən azad olunub.

N.Məmmədova əmək fəaliyyəti dövründə bir sıra rəhbər vəzifələrdə çalışıb. O, 2017–2021-ci illərdə Lənkəran Regional Onkoloji Xəstəxanasının baş həkimi, 2022–2025-ci illərdə Lənkəran RMX Regional Perinatal Mərkəzin rəhbəri, 2025-ci ildə isə cərrahi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.

2025-ci ilin avqust ayından Lənkəran RMX PHŞ-nin direktoru vəzifəsinə təyin olunub.