Ermənistanın daim silahlanması Azərbaycanla sərhəddə təxribata əl atması bu tip provakasiyaların başvermə ehtimalını güclü edirdi və bu gün də gözlənilən hadisə baş verir.
Bunu NOCOMMENT.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib

Politoloqun sözlərinə görə artıq uzun müddətdir Ermənistanın sistematik şəkildə müharibəyə hazırlaşdığını görürük. “Bununla bağlı çox mesajlar da verilirdi, bu bizim üçün yenilik deyil. Əslində Ermənistanın daimi sülh çağırışlarını bu tip blok etməsi və regionda vəziyyəti gərgin saxlamağa çalışması hərbi əməliyyatların başlanmasını zəruri edir”.
T. İsmayılov bildirib ki, Ermənistan sistematik şəkildə silahlandırılır, cəbhəyə qüvvə toplayır. “Ermənistan ordu bölmələrini Azərbaycanla şərti sərhədlərə göndərir ki, bu da bizim əhalimizin təhlükəsizliyi üçün çox ciddi risklərdən biridir. Ona görə də bütün bu faktorları nəzərə alanda Azərbaycan ən qısa zamanda antiterror əməliyyatlarına start verəcək”.












