Azərbaycan-İran münasibətlərində gərginlik var – XİN başçısı

Azərbaycan-İran münasibətlərində gərginlik var – XİN başçısı

“Son dövrlər Azərbaycan-İran münasibətlərində bəlli bir gərginlik var. Mən vəziyyəti çox dramatikləşdirmək istəməzdim”.

NOCOMMENT.az xəbər verir ki, bunu 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

XİN başçısı bildirib ki, iqtisadi sahədə əldə olunmuş razılaşmalar icra olunur.

“Azərbaycan-İran münasibətləri mövcud durumda daha yaxşı ola bilərdimi? Ola bilərdi. Azərbaycan heç bir halda bu münasibətlərin gərginləşməsinin tərəfdarı olmayıb. İranlı həmkarımla da çoxsaylı danışıqlarımız olub, o da münasibətlərin inkişafının tərəfdarı olduğunu bildirib. Azərbaycanın mövqeyi belədir ki, qarşılıqlı hörmət, bir-birinin işlərinə qarışmamaq çərçivəsində münasibətlər inkişaf etməlidir”, – nazir çıxışında vurğulayıb.