Ermənistan regional kommunikasiyaların açılmasına hazır olduğunu və maraqlı olduğunu bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “İctimai Televiziya”ya müsahibəsində deyib.
“Yəni biz Azərbaycan və Türkiyə üçün yolları açmağa hazırıqmı? Bəli, hazırıq. Və qeyd olunduğu kimi, bu, Ermənistanın suverenliyi, yurisdiksiyası, bərabərlik prinsipi əsasında baş verməlidir. Bu o deməkdir ki, heç bir üçüncü qüvvə Ermənistanın heç bir ərazisinə nəzarət etməməlidir. Ermənistan sərhədini keçərkən Ermənistanın sərhəd xidməti, gömrük xidmətləri fəaliyyət göstərməlidir. Bizə bildirilir ki, üçtərəfli bəyanatda yazılıb ki, təhlükəsizlik təmin olunmalıdır. “Rusiya tərəfindən təmin edilir”. Mən isə deyirəm ki, bəyanatda belə bir şey yazılmayıb”.












