Bakıda etiraz aksiyası keçirildi

Bakıda etiraz aksiyası keçirildi

Çərşənbə günü Azərbaycan Demokratiya və Rifah Partiyasının fəalları Ədliyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar Ədliyyə Nazirliyinin bu partiyanı qeydiyyata almaqdan imtina etməsinə etiraz ediblər.

NOCOMMENT turan-a istinadən xəbər verir ki, aksiya iştirakçıları “Ədliyyə Nazirliyi, Azərbaycan Demokratiya və Rifah Partiyasını qeydiyyata al!”, “Ədliyyə Nazirliyi, Konstitusiyaya əməl et!” şüarları səsləndiriblər.

“Son ildə Ədliyyə Nazirliyi 9 siyasi partiyanı qeydiyyata alıb. Biz danışığa getmirik deyə bizi qeydiyyata almırlar. 2014-cü ildən bu prosesi uzadırlar. Biz heç bir danışıqlara getməyəcəyik, qanuni vasitələrlə partiyanın qeydiyyata alınmasına nail olacağıq. Lazım gələrsə, Avropa məhkəməsinə qədər gedəcəyik”, – deyə partiya fəalı Hüseyn Məlikov vurğulayıb.

İştirakçılardan ikisi ədliyyə Nazirliyinə dəvət olunub və qəbul şöbəsinin rəisi Kamal Hüseynov onları qəbul edib.

Partiyanın sədr müavini Ədalət Yusibov: “Hüseynov Ədliyyə Nazirliyinin rəhbərliyil iə əlaqə saxlayıb, sonra cümə günü bütün sənədlərlə rəhbərliyə qəbula gəlməyi təklif edib”.

Azərbaycan Demokratiya və Rifah Partiyası 2015-ci ildə yaradılmış Demokratiya və Rifah Hərəkatının bazasında 2021-ci il oktyabrın 17-də yaradılıb. Təşkilata iqtisad elmləri doktoru, professor Qubad İbadoğlu rəhbərlik edir.