ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyanla telefon danışığı olacaq.
NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays məlumat verib.
O, hər iki telefon danışığının yaxın günlərdə baş tutacağını bildirib. Lakin detallar açıqlanmayıb.












