Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Ferqus Old Şəhidlər xiyabanını ziyarət edib.
NOCOMMENT xəbər verir ki, bu barədə diplomat öz tviter hesabında yazıb.
“Bu gün mən Şəhidlər xiyabanına, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda Sovet qoşunlarına qarşı vuruşaraq şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad etməyə gəlmişəm”, – deyə paylaşımda bildirilib.
Xatırladaq ki, Böyük Britaniyanın yeni səfiri avqustun 31-də Bakıya gəlib.












