Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Ferqus Ould Bakıya gəlib.
NOCOMMENT xəbər verir ki, bu barədə diplomat tviter hesabında paylaşım edib.
“Salam Bakı! Böyük Britaniyanın Azərbaycandakı səfiri olaraq yeni vəzifəmin icrasına başlamağı səbirsizliklə gözləyirəm ”, – deyə paylaşımında bildirib.












