Çavuşoğlu: Ermənistandan konkret addımlar gözləyirik

Çavuşoğlu: Ermənistandan konkret addımlar gözləyirik

“Biz Türkiyə olaraq Cənubi Qafqazda sülh istəyirik. Qarabağ Zəfərindən sonra Azərbaycanın təklifləri, bizim də yanaşmamız ortadadır. Hələlik Ermənistandan konkret addım görməmişik”.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Artıq Ermənistan rəhbərliyinin sülh üçün müsbət addımları atması lazımdır. Sadəcə çıxışlarla bəs etmir”, – deyə XİN başçısı bildirib.