Cənubi Qafqazda kartlar yenidən paylanır: Bakı–İrəvan sülhü kimə sərf edir?

Cənubi Qafqazda kartlar yenidən paylanır: Bakı–İrəvan sülhü kimə sərf edir?

Azərbaycan və Ermənistan sülh sazişinin yekun imzalanmasına olduqca yaxındırlar. Ekspertlərin fikrincə, sənədin imzalanmasından dərhal sonra Cənubi Qafqazda yeni bir mərhələnin əsası qoyula bilər. ABŞ Prezidenti Donald Tramp da iki ölkə arasında sülh anlaşmasının əldə olunmasına xüsusi diqqət yetirir.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması region üçün hansı real dəyişiklikləri vəd edir? Bu razılaşma Cənubi Qafqazda uzunmüddətli sabitliyə gətirib çıxara bilərmi? Sülh gənc nəsil üçün hansı yeni imkanlar aça bilər?

Zeynal Əmrəliyəv

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, sülh müqaviləsi daimi sülhün əldə olunması üçün vacib şərtdir:

“Sülh sazişində bütün əsas məsələlər dəqiq şəkildə əksini tapacaq. Bu da gələcəkdə münaqişənin yenidən alovlanmasının və ya yeni qarşıdurmanın hüquqi baxımdan qarşısını alacaq. Lakin nəzərə almaq lazımdır ki, Ermənistanda kifayət qədər revanşist qüvvələr mövcuddur. Bu qüvvələr müharibənin yenidən başlanmasında və ya sülh sazişinin imzalanmasının qarşısının alınmasında maraqlıdırlar. Buna görə də Azərbaycan ehtiyatı əldən verməməlidir.

Sülh müqaviləsinin imzalanması Ermənistandakı revanşist qüvvələrin tamamilə sıradan çıxacağı anlamına gəlmir. Paşinyan hər hansı ssenari üzrə hakimiyyətdən uzaqlaşdırılarsa, revanşistlər bundan istifadə edə bilərlər. Məhz buna görə Azərbaycan hökuməti ordunun gücləndirilməsi prosesini daimi şəkildə davam etdirir. Sülh istiqamətində addımlar atılsa da, Bakı mümkün riskləri nəzərə alaraq müdafiə qabiliyyətini yüksək səviyyədə saxlayır.

Bu mərhələdə sülh sazişindən daha vacib olan qarşılıqlı etimad mühitinin formalaşdırılmasıdır. Liderlərin son Abu-Dabi görüşündə bu məsələ ətraflı müzakirə olunub. İctimai nümayəndələr arasında görüşlər də ardıcıl şəkildə keçirilir. Gələcəkdə bu cür təmasların gənclər arasında da baş tutması mümkündür. Əgər sülh sazişi imzalansa, lakin qarşılıqlı etimad formalaşmasa, sülh kağız üzərində qalacaq”.

Atilla Rzasoy