Ermənistan İstintaq Komitəsi müxalif "Ermənistan" fraksiyasının deputatı İşxan Saqatelyana qarşı rəsmi ittiham irəli sürüb.
NOCOMMENT.az xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, deputat həbs qoyulmuş əmlakla bağlı qanunsuz hərəkətlər etməkdə və ona məxsus əmlakın tərkibi və olduğu yer barədə bəyannaməni təqdim etməkdən yayınmaqda ittiham olunur. Söhbət təxminən 700 min dollar dəyərində aktivlərin həbsi ilə bağlı icra icraatından gedir.
İstintaqın məlumatına əsasən, 2026-cı ilin fevral ayında deputat tələb olunan bəyannaməni təqdim etməyib, bundan sonra ona qarşı cinayət işi başlanılıb. Aparılan axtarış zamanı hüquq-mühafizə orqanları tərəfindən xarici valyuta və qızıl zinət əşyaları aşkar edilərək götürülüb. İşxan Saqatelyan özü jurnalistlərə açıqlamasında nağd pulun bir hissəsinin və zinət əşyalarının müsadirə edildiyini təsdiqləyib.
Qeyd edək ki, Saqatelyan Ermənistan Ali Orqanının "Daşnaksütyun" təmsilçisi və keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" fraksiyasının üzvüdür.
Əli Səfərli, NOCOMMENT.az












