Düşənbədə Bayramov Mirzoyanla görüşə bilər

Düşənbədə Bayramov Mirzoyanla görüşə bilər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 13-də rusiyalı həmkarı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşə bilər.

NOCOMMENT report-a istinadən xəbər verir ki, görüşün MDB XİN başçılarının Tackistanın paytaxtı Düşənbədə keçiriləcək iclası çərçivəsində baş tutması ehtimal olunur.

Qeyd edək ki, bu gün S.Lavrovla A.Mirzoyan arasında telefon danışığı olub. Tərəflər sərhədlərin demarkasiyası və delimitasiyası üzrə üçtərəfli komissiyasının fəaliyyətini müzakirə ediblər.