Əliyev-Paşinyan görüşü bu tarixdə keçirilə bilər

Əliyev-Paşinyan görüşü bu tarixdə keçirilə bilər

Ermənistan və Azərbaycan liderləri – Nikol Paşinyan və İlham Əliyevin görüşü mayın 23-də Brüsseldə keçirilə bilər.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Ermənistan rəsmiləri hələlik xəbərə şərh verməyiblər.

Xatırladaq ki, aprelin 6-da Belçikanın paytaxtında Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli danışıqlar aparılıb. Görüşdən sonra Paşinyan və İlham Əliyev ölkələrinin xarici işlər nazirlərinə sülh danışıqlarına hazırlığa başlamağı tapşırıblar.