Əliyevlə Paşinyanın növbəti görüşünün yeri və tarixi açıqlandı

Əliyevlə Paşinyanın növbəti görüşünün yeri və tarixi açıqlandı

Avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında görüş baş tutacaq.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Xatırladaq ki, sonuncu dəfə belə üçtərəfli görüş mayın 22-də Brüsseldə keçirilib.