Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə bir çox ölkənin liderləri ilə telefonla danışıb.
NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyev, Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar, İran Prezidenti İbrahim Rəisi, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Küveyt əmiri Şeyx Nəvaf əl Əhməd əl Cabir əs Sabah, Nigeriya Prezidenti Məhəmməd Buxari, BƏƏ və Əbu-Dabinin vəliəhd şahzadəsi Muhəmməd bin Zayed əl Nəhyan, Livan Baş naziri Nəcib Mikati, Pakistan Baş naziri Şahbaz Şərif və İraq Baş naziri Mustafa əl Kazimi ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
Görüşlər zamanı Ərdoğan və liderlər bir-birini qarşılıqlı olaraq Ramazan bayramı münasibəti ilə təbrik ediblər.
İsrail Prezidenti İshak Hersoq da Prezident Ərdoğana telefonla zəng edərək Ramazan bayramını təbrik edib.












