Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə bu gün Naxçıvana səfər edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən məlumat verilib.
Məlumata görə, prezident Ərdoğan və Əliyev arasında keçiriləcək görüşlərdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər müzakirə olunacaq, aktual regional və qlobal problemlər, xüsusilə Qarabağdakı son hadisələr ətrafında fikir mübadiləsi aparılacaq.
Ərdoğan və Əliyevin İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak edəcəkləri gözlənilir.












