Ərdoğan Əsədlə görüşə biləcəyini söyləyib

Ərdoğan Əsədlə görüşə biləcəyini söyləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı hakimiyyətin başçısı Bəşər Əsədlə görüşə biləcəyini söyləyib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AK Partiya) qərargahında partiyanın rayon təşkilatlarının genişləndirilmiş iclasında bildirib.

O, Rusiya-Türkiyə-Suriya olaraq bir prosesə başladıqlarını bildirib:

“Xarici işlər nazirlərimiz görüşəcək, sonra da baş verənlərə görə lider olaraq bir araya gələcəyik”.