"Biz beynəlxalq birliyi beynəlxalq hüquq və normalara məhəl qoymayan İsrailin qanunsuz hərəkətlərinə qarşı nəhayət tədbir görməyə çağırırıq". Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir bəyanatla çıxış edib.
NOCOMMENT.az xəbər verir ki, Türkiyə lideri İsrail qüvvələrinin Qəzzaya humanitar yardım aparan "Qlobal Həmrəylik" donanmasına məhz beynəlxalq sularda hücum etdiyini vurğulayıb: "Qırx fərqli ölkənin vətəndaşlarından ibarət olan donanmanın sərnişinlərinə qarşı törədilmiş bu quldurluq və qanunsuzluq aktını qətiyyətlə pisləyirəm".
"Bu gün mən bir daha təsdiq edirəm ki, Türkiyə Qəzza xalqının və Qəzzaya kömək əlini uzadanların yanındadır", - deyə Ərdoğan əlavə edib.










