Ərdoğan Paşinyanı TƏBRİK ETDİ

Ərdoğan Paşinyanı TƏBRİK ETDİ

Ermənistanda keçirilən parlament seçkilərinin ardınca regional liderlərin rəsmi təbrikləri və bəyanatları diqqət mərkəzindədir. Türkiyə rəhbərliyi İrəvanda keçirilən seçkilərin nəticələrinə dərhal reaksiya verib.

NOCOMMENT.az əbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanı rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə rəsmən təbrik edib.

"Sputnik Ermənistan"ın yaydığı məlumata görə, Türkiyə dövlət başçısı göndərdiyi məktubda Cənubi Qafqazda sülh prosesinə toxunub.

Ərdoğan rəsmi təbrik bəyanatında Ankara və İrəvan arasında normallaşma prosesinə və regional təhlükəsizliyə xüsusi diqqət çəkib: “Regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olunması, eləcə də zəruri əməkdaşlığın təmin edilməsinə dair strateji baxışınızın uğurla reallaşacağına tam əminəm”.

Siyasi ekspertlər bu rəsmi addımı Türkiyə və Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması istiqamətində Paşinyan hökumətinə verilən mühüm bir dəstək və gələcək sülh müqaviləsinin imzalanması prosesini sürətləndirəcək siyasi gediş kimi qiymətləndirirlər.

Sara,
NOCOMMENT.az