Ərdoğan: Ukraynanı görürsünüz? Dərs alacağıq

Ərdoğan: Ukraynanı görürsünüz? Dərs alacağıq

Rusiya və Ukraynanın düşdüyü vəziyyəti görürsünüz də, elə deyilmi? Onlardan dərs alaraq yolumuza davam edəcəyik.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

“Türkiyənin qarşısında iki yol var: birincisi, ölkəmizin 20 il ərzində böyük zəhmətlə gəldiyi yeri həm iqtisadi, həm hərbi, həm də siyasi baxımdan dünyanın ən yaxşıları sırasında taclandırmaqdır; ikinci yol isə ötən əsrin 90-cı illərinin siyasi qeyri-sabitlik, xaos, iqtisadi çöküş illərinə geri qayıtmaqdır”, – deyə Ərdoğan qeyd edib.

Müxalif kəsimi tənqid edən dövlət başçısı bildirib ki, onlar (müxalifət) millətin və ölkənin maraqları ilə bağlı heç bir təklif irəli sürməyi bacarmayıb.