Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının başçısı Vladimir Putin arasında telefon danışığı olub.
NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.
Bildirilib ki, dövlət başçıları enerji daşıyıcları əsas olmaqla Türkiyə-Rusiya münasibətlərinə dair məsələləri, Rusiya-Ukrayna müharibəsi, Suriya və regional məsələləri müzakirə ediblər.












