Ermənistanın hakimiyyətə yaxın media resursları və teleqram kanalları Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonu hədəf alan xüsusi illüstrasiya (karikatura) yayımlayıblar. Sözügedən resurslar Rusiyanın yüksək rütbəli rəsmisini ölkədəki daxili proseslərə birbaşa müdaxilədə ittiham edirlər.
NOCOMMENT.az xəbər verir ki, yayılan materiallarda Sergey Kiriyenkonun Ermənistandakı Nikol Paşinyan əleyhinə yönəlmiş fəaliyyətləri şəxsən koordinasiya etdiyi iddia olunur. Hakimiyyətyönlü resursların iddiasına görə, Ermənistanda mövcud hökuməti devirməyə çalışan müxalif qüvvələr, etiraz hərəkatları və müəyyən media şəbəkələri birbaşa Kremlin bu rəsmisi tərəfindən idarə olunur.
İllüstrasiyada Kiriyenkonun erməni müxalifətini bir "kukla" kimi oynatması təsvir edilir. Ermənistanın rəsmi dairələrinə yaxın mənbələr bu addımla ölkədəki etiraz dalğasının arxasında daxili narazılıqdan daha çox xarici qüvvələrin – konkret olaraq Rusiyanın siyasi maraqlarının dayandığını nümayiş etdirməyə çalışırlar. Rusiya tərəfi isə hələlik bu ittihamlara rəsmi münasibət bildirməyib.
Sara,
NOCOMMENT.az












