Ermənistan parlamenti ilk turda prezident seçə bilmədi

Ermənistan parlamenti ilk turda prezident seçə bilmədi

Ermənistan parlamenti ilk turda ölkənin yeni prezidentini seçə bilməyib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, prezidentliyə yeganə namizəd Vaaqn Xaçatryan səsvermənin ilk turunda 69 deputatın səsini alıb. Halbuki, ona prezident seçilmək üçün 81 səs lazım idi.

Qeyd edək ki, səsvermədə yalnız hakim “Vətəndaş müqaviləsi” partiyasının deputat fraksiyası iştirak edib.

Müxalifətdə olan “Ermənistan” və “Şərəfim var” fraksiyaları seçkiləri boykot edib.

İkinci turda Ermənistan prezidenti seçilməsi üçün V.Xaçatryana 65 səs lazımdır. Güman olunur ki, növbəti turda hakim “Vətəndaş müqaviləsi” partiyası istəyini gerçəkləşdirə biləcək və Vaaqn Xaçatryan prezident seçiləcək.