Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu Yorkda ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.












