Ermənistan XİN: Başımıza gələn faciə özümüzü aldatmağın nəticəsidir

Ermənistan XİN: Başımıza gələn faciə özümüzü aldatmağın nəticəsidir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 44 günlük İkinci Qarabağ müharibəsində üzləşdikləri faciəni özlərini aldatmağın nəticəsi hesab edir.

NOCOMMENT report-a istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında yalanla yaşamağı dayandırmağı məsləhət görüb.

“Başımıza gələn faciə özümüzü aldatmağın nəticəsidir. Reallığın gözünün içinə baxmaq, bir-birimizlə birbaşa danışmaq, heç nəyi gizlətməmək lazımdır”, – deyə o bildirib.

Nazir müxalifətin Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarla bağlı tənqidinə cavab verməkdən də yayınıb. Ancaq bununla belə, 1990-cı illərdən Türkiyə ilə vaxtaşırı danışıqların və ya yazışmaların aparıldığını, lakin bu barədə cəmiyyətə məlumat verilmədiyinin necə ortaya çıxdığını izah etməyi xahiş edib.

“Biz uzunmüddətli və sabit sülhə sadiqik”, – deyə A.Mirzoyan qeyd edib.