Ermənistanın Azərbaycana qaytaracağı 8 kəndin SİYAHISI

Ermənistanın Azərbaycana qaytaracağı 8 kəndin SİYAHISI

Xarici işlər naziri Ceyhun Bayramov bu gün ilin yekunların dair keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistanla delimitasiya prosesində işğal altındakı 8 kənd Azərbaycana qaytarılmalıdır.

“Bu kəndlərdə azərbaycanlılar yaşayıb və həmin kəndlərin qaytarılması həyata keçirilməlidir”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev də dekabrın 23-də Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını bildirmişdi.

NOCOMMENT.az saytı haqqında bəhs edilən həmin kəndlərin siyahısını diqqətə çatdırır. Bunlar Naxçıvanın Sədərək rayonunun Kərki və Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndləridir.

Kəndlərin işğal tarixləri:

Kərki – 15.01.1990

Bağanis Ayrım – 24.03.1990

Xeyrimli – 08.03.1992

Aşağı Əskipara – 12.03.1992

Barxudarlı – 27.04.1992

Sofulu – 27.04.1992

Qızılhacılı – 11.05.1992

Yuxarı Əskipara – 08.06.1992