Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti ABŞ-yə rəsmi səfərə yollanıb.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Papikyanın ABŞ-yə səfərinin məqsədi və proqramı barədə digər detallar açıqlanmayıb.
Xatırladaq ki, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün bu gün Moskvaya gedir.












