Ermənistanın yeni prezidenti seçilib

Ermənistanın yeni prezidenti seçilib

Hakim “Vətəndaş müqaviləsi” Partiyasının namizədi, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan Ermənistanın yeni prezidenti seçilib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, səsvermə ölkənin Milli Məclisində keçirilib.

Yeni dövlət başçısını səsvermənin ikinci turda seçmək mümkün olub.

Parlamentin 71 deputatı onun lehinə səs verib. Yeni prezidentin seçilməsi üçün 65 səs yetərli idi. Ermənistan parlamentindəki müxalifət fraksiyaları prezident seçkisini boykot edib.

1959-cu ildə anadan olmuş V.Xaçatryan Ermənistanın beşinci prezidentidir.

Qeyd edək ki, 1990-cı illərin əvvəllərində V.Xaçatryan İrəvanın meri və parlamentin deputatı olub. O, ötən ilin avqustunda yüksək texnologiyalar sənayesi naziri təyin edilmişdi.