Filip Riker Şəhidlər xiyabanını ziyarət edib

Filip Riker Şəhidlər xiyabanını ziyarət edib

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

NOCOMMENT xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi tviterdə məlumat yayıb.

“ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Şəhidlər xiyabanında ehtiramını bildirib. Münaqişə nəticəsində yaxınlarını itirən ailələrə və yaxınlara başsağlığı veririk”, – deyə o qeyd edib.