Hikmət Hacıyev paylaşım etdi – VİDEO

Hikmət Hacıyev paylaşım etdi – VİDEO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki hesabında Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “AnewZ” telekanalının Gəncə haqqında hazırlanmış süjetini paylaşıb.

NOCOMMENT.az-ın məlumatına görə, videoda Gəncə Azərbaycanın zəngin tarixi-mədəni irsə malik ən qədim şəhərlərindən biri kimi təqdim olunur.

Qeyd olunur ki, şəhər görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin yurdudur, elm, təhsil və ədəbiyyatın inkişafında mühüm rol oynayıb.