İyulun 15-də Brüsseldə Paşinyan-Mişel-Əliyev formatında üçtərəfli görüş keçiriləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri hökumətin iclasında bildirilib.
“Ümid edirəm ki, görüş zamanı sülh sazişi üzrə danışıqlarda irəliləyiş qeydə alınacaq”, – Baş nazir qeyd edib.
Paşinyan həmçinin xatırladıb ki, bir gün əvvəl Ermənistan və Azərbaycan sərhədində iki ölkənin baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin iştirakı ilə sərhədin delimitasiyası məsələləri üzrə iki ölkənin komissiyalarının birgə iclası keçirilib. .
Bundan əvvəl Paşinyan Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüş keçirəcəyini açıqlamışdı .
Xatırladaq ki, Paşinyanla Əliyev arasında əvvəlki görüş iyulun 1-də Moldovanın Bulboaca kəndində Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutub. Görüşdə Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Avropa Şurasının sədri Şarl Mişel də iştirak ediblər.












