İlham Əliyev və Paşinyan eyni tədbirə qatılacaqlar

İlham Əliyev və Paşinyan eyni tədbirə qatılacaqlar

Sentyabrın 15-16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, təşkilata üzv olan bütün ölkələr sammitdə iştirak edəcək.

Bundan əlavə, müşahidəçi dövlətlərin – Belarus, İran və Monqolustan prezidentləri də tədbirə qatılacaqlar.

Rusiya KİV-in yaydığı məlumata görə, Azərbaycan, Ermənistan, Türkmənistan və Türkiyə liderlərinin Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə fəxri qonaq qismində gəlməsi gözlənilir.