İtaliya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

İtaliya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycana rəsmi səfəri çərçivəsində İtaliya Prezidenti Sercio Mattarella bu gün Şəhidlər xiyabanını ziyarət edib.

NOCOMMENT.az  bildirir ki, ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.