Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında 200 hərbi əsir dəyişdirilib.
NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın tviter səhifəsində yazıb.
“Prezidentimizin gərgin diplomatik işi nəticəsində baş verən bu mübadilə ölkəmizin həyata keçirdiyi sülh diplomatiyasının ən mühüm nəticələrindən biridir.
Türkiyə həmişə sülhün tərəfdarıdır”, – deyə Ərdoğanın sözçüsü qeyd edib.











