KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bəzi üzvləri Azərbaycan və Ermənistan sərhədində hərbi əməliyyatlara müdaxilə etmək qərarına veto qoyublar.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Belə ki, Qazaxıstan, Qırğızıstan və Tacikistan Ermənistanın tələblərini rədd edərək əməliyyatlara qarışmaqdan imtina ediblər.

KTMT-nin birgə qərargahının rəhbəri Anatoli Sidorov keçirdiyi brifinqdə bildirib ki, onun rəhbərlik etdiyi qrup bu gün axşam saatlarında İrəvana gələcək.