Macarıstan Aİ-nin Azərbaycan əleyhinə bəyannaməsinə veto qoyur

Macarıstan Aİ-nin Azərbaycan əleyhinə bəyannaməsinə veto qoyur

Macarıstan Qarabağdakı əməliyyatla bağlı Avropa İttifaqının hazırladığı anti-Azərbaycan bəyannaməsinə veto qoyub.

NOCOMMENT.az xəbər verir ki, bəyannamədə Azərbaycanın Qarabağ bölgəsində öz sərhədləri daxilində həyata keçirdiyi hərbi əməliyyat pislənilib, tərəflər ermənilərin də iştirak etdiyi şəffaf dialoq prosesinə dəvət olunub.

Bəyannamədə Aİ-nin Ermənistanın demokratik yolla seçilmiş nümayəndələrini dəstəkləməyə hazır olduğu qeyd edilib, həmçinin Azərbaycanı Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.

Bəyannamə Azərbaycan əleyhinə və qərəzli bəyanatlar ehtiva etdiyi üçün Macarıstan ona veto qoyub.