Makrona poçtla kəsilmiş barmaq göndərildi

Makrona poçtla kəsilmiş barmaq göndərildi

Fransa prezidenti Emmamuel Makronun rəsmi iqamətgahı olan Yelisey sarayına poçt vasitəsilə kəsilmiş barmaq göndərilib.

NOCOMMENT.az xəbər verir ki, “Valeurs Actuelles” jurnalının xəbərinə görə, həftənin əvvəlində poçtla Yelisey sarayına kəsilmiş barmaq göndərilib.

Soyuducuda saxlanılan kəsilmiş barmaq daha sonra polisə təhvil verilib.

Bildirilib ki, barmağın aid olduğu şəxs müəyyən edilib və ona tibbi yardım göstərilib.

Qeyd edək ki, Yelisey Sarayı hələlik mövzu ilə bağlı rəsmi açıqlama verməyib.

NOCOMMENT.AZ