Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində həlak olan hərbçilərlə bağlı paylaşım edib.
NOCOMMENT.az xəbər verir ki, paylaşımda deyilir: “Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə güc və səbir versin”.
Qeyd edək ki, Azərbaycan Ordusunun 50 hərbi qulluqçusu şəhid olub.












