Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün ABŞ-a gedəcək.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Mirzoyan Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edəcək.
A.Mirzoyanın başqa ölkələrdən olan həmkarları və beynəlxalq təşkilatların təmsilçiləri ilə 30-dan artıq görüşü gözlənilir.
Qeyd edək ki, bu gün, sentyabrın 19-da Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası işinə başlayacaq.












