Mirzoyan Ceyhun Bayramovla söhbətinin detallarını AÇIQLADI

Mirzoyan Ceyhun Bayramovla söhbətinin detallarını AÇIQLADI

İrəvan Qarabağ probleminin həllini ATƏT-in Minsk qrupunun həmsədrliyi formatında görür.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çərşənbə günü parlamentdə Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla telefon danışığının məzmunu barədə çıxış edərkən deyib.

“Söhbət Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub. Biz ötən il ərzində nələrin müzakirə olunduğu barədə danışdıq, iki ölkə liderlərinin Brüssel görüşündə qeydə alınan məsələləri müzakirə etdik. Xüsusilə, işçi qrupunun yaradılması mexanizmləri müzakirə obyekti oldu.

Bundan əlavə, sülh yolu ilə nizamlanmaya dair sənədin hazırlanması üzrə danışıqlar prosesinə başlamaq və bunun üçün tərəflərin yanaşmaları müzakirə olundu.

ATƏT-in Minsk qrupunun həmsədrliyinin formatına gəlincə, Ermənistanın bütün yanaşmaları qüvvədə qalır. Ermənistan tərəfi Qarabağ məsələsinin həllini bu formatda görür. Təəssüf ki, hazırda həmsədr ölkələr arasında ziddiyyətlər məlum səbəblərdən birgə müzakirə təşkil etmək üçün əlverişli deyil”, – deyə Mirzoyan çıxışında vurğulayıb.