Sabit Məmmədov vəfat etdi

Sabit Məmmədov vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Fiziki və kolloid kimya kafedrasının professoru Sabit Məmmədov vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, Sabit Məmmədov 1951-ci ildə Qazax rayonunda anadan olub. 1968-ci ildə Qazax rayonunun 3 №-li tam orta məktəbini bitirib.

Sabit Məmmədov 2009-ci ildə "Tərəqqi" medalı, 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.