Sentyabrın 1-də Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.
NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrasının gedişatı və perspektivlərini ətraflı müzakirə ediblər. Əlaqələrin yaxın vaxtlarda davam etdirilməsi razılaşdırılıb”, – deyə məlumatda qeyd olunub.
Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.












