Mirzoyan Lavrovla görüşmək üçün Rusiyaya gedir

Mirzoyan Lavrovla görüşmək üçün Rusiyaya gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya rəsmi səfərə gedir.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in Mətbuat xidməti yayıb.

Mirzoyan Moskvaya səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Məlumata görə, tərəflər görüş zamanı regional təhlükəsizlik və sabitlik, eləcə də ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edəcəklər.