Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Vaşinqtonda keçirilən görüşdə Qarabağdakı vəziyyəti müzakirə ediblər.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Mirzoyan və Nulland regional təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər Ermənistan və Azərbaycan liderləri arasında Soçi və Brüsseldə əldə olunmuş razılaşmaların həyata keçirilməsini, Qarabağdakı vəziyyəti, eləcə də danışıqların başlanması prosesini müzakirə ediblər”, – deyə məlumatda qeyd olunub.












