Moskva Əliyevlə Paşinyan arasında Brüsseldə keçiriləcək görüşün nəticələrini gözləyir – Zaxarova

Moskva Əliyevlə Paşinyan arasında Brüsseldə keçiriləcək görüşün nəticələrini gözləyir – Zaxarova

Moskva Bakı və İrəvan arasında sülhə aparan istənilən konstruktiv vasitəçiliyi dəstəkləyir. 

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə iyulun 15-nə planlaşdırılan görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, hər hansı bir nəticə çıxarmaq hələ tezdir.

“Biz davamlı sülhə nail olmağa aparan istənilən konstruktiv vasitəçiliyi dəstəkləyirik. Ona görə də nəticələrdən nəticə çıxarmaq lazımdır”, – Zaxarova bildirib.

Bundan əvvəl Paşinyan iyulun 15-də “Brüssel formatı”nın üçtərəfli görüşünün keçiriləcəyini bildirib.