Nazir Vaqif Axundovun qardaşı oğlunu vəzifədən azad etdi

Nazir Vaqif Axundovun qardaşı oğlunu vəzifədən azad etdi

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin rəisi, polkovnik Mehman Abdulrəhim oğlu Axundov təqaüdə göndərilib.

NOCOMMENT “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Mehman Axundov  Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun qardaşı oğludur.