Nikol Paşinyan Rusiyaya gedib

Nikol Paşinyan Rusiyaya gedib

Ermənistanın Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfərə gedib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, dekabrın 26-27 tarixlərində 2 gün davam edəcək qeyri-rəsmi sammitdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü planlaşdırılmayıb.